Buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər.
Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.
Bakı Metripolitenindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, metroda ticarət obyektlərinin yaradılması keçmiş rəis Tağı Əhmədovun layihəsi və büdcədən kənar gəlir mərkəzi idi. Bakı sakinləri ilk əvvəllər buna fikir verməsələr də son illər ciddi narazılıq yaradırdı. Hərəkətin pik saatlarında metro çıxışlarında tıxacların yaranması, natəmizlik, satıcıların tunellərdə siqaret çəkmələri və başqa və başqa etikadan kənar davranışları sərnişinlərin haqlı narazılığına səbəb olmuşdu. Tağı Əhmədovu yeni rəis Zaur Hüseynov əvəzləyən kimi ağıllara gələn iki sualdan biri qatarlar arasında intervalın azalması idisə, ikincisi tunellər və keçidlərdəki ticarət obyektlərinin ləğvi məsələsi idi.