Qeyd edək ki, referendumda konstitusiyaya 33 maddədə 56 dəyişiklik səsə qoyulub. Ümumilikdə, dəyişikliklər Qazaxıstan konstitusiyasının üçdə birinə əhatə edir.
Ölkənin əsas qanununa edilən dəyişikliklər prezident üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq.
Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Həmçinin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adı konstitusiyanın mətnindən çıxarılacaq.