Yaxınlarının verdiyi məlumata görə, türkoloq beyin infarktı keçirib və ağır durumdadır.
1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.
O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.
İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
Rejimə qarşı yumşaq siyasi tutumuna baxmayaraq, o, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.
Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.
Füzulinin və Azərbaycanın onlarla klassik şairinin əsərlərini işləyib və nəşr edib.