Saytın məlumatına görə, Mollapurun ölümü də mayın 30-da, yəni Eyyub İntizarinin Yəzd, Əli İsmayılzadənin isə Kərəc şəhərlərində ölümü ilə eyni vaxtda baş verib.
İsrail Ordusunun Araşdırma Birliyinin İran bölməsinin keçmiş rəisi Denis Citrinoviç “Ynet”ə açıqlamasında bildirib ki, son vaxtlar İranda baş verən şübhəli ölümlərin vaxtı maraqlıdır və bu, onların təsadüfi olmasını şübhə altına alır.
Xatırladaq ki, İran rəsmiləri indiyə qədər Kamran Mollapurun ölümü ilə bağlı açıqlama verməkdən boyun qaçırıb. Son günlərdə bir neçə Telegram kanalı və “Twitter” səhifəsi Mollapurun şəklini paylaşaraq onun ölümü ilə bağlı xəbər yayıblar.
İzə şəhər sakini Mollapur nüvə üzrə doktorluq dərəcəsi almış mütəxəssislərdən biri olub və hökumət rəsmiləri onun ölümü ilə bağlı ailəsinə açıqlamasında Nətənz nüvə təsisatında baş verən hadisə nəticəsində həlak olduğunu iddia ediblər.