Vaxt.Az

2500 etirazçı polis bölməsində


 

İşxan Saqatelyan: “Vəhşiliklərə rəğmən heç bir polis məsuliyyətə cəlb edilməyib”

2500 etirazçı polis bölməsində Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır. Bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan “Facebbok” səhifəsində yazıb.

“İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”, – o deyib.

Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”.

O, iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur.

“Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”, – Saqatelyan əlavə edib. (report.az)

 





06.06.2022    çap et  çap et