Vaxt.Az

Abadan faciəsinin qurbanları artır


 

Rejim etirazların yayılmaması üçün bölgədə interneti məhdudlaşdırıb

Abadan faciəsinin qurbanları artır İranın cənub-qərbindəki Abadan şəhərində çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 41-ə yüksəlib. Məlumatı İran rəsmiləri iyunun 6-da açıqlayıb.

“Xilaedicilər dağıntılar altında digər cəsədləri axtarmağa davam edirlər”, – Abadan şəhərinin valisi Ehsun Abbaspur İRNA dövlət xəbər agentliyinə deyib.

Rəsmilər indiyədək qəza nəticəsində neçə nəfərin itkin hesab olunduğunu açıqlamayıblar.

Onmərtəbəli yaşayış və ticarət binasının çökməsi nəticəsində 37 nəfər xəsarət alıb.

Hakim orqanlar binanın çökməsinə yerli səviyyədə korrupsiyanı və təhlükəsizlik qaydalarının pozulmasını səbəb göstəriblər. Onların bildirdiyinə görə, merlər və digər rəsmilər daxil olmaqla 13 nəfər tikinti qaydalarının pozulması ittihamıyla həbs edilib.

Hadisə yerinə etirazçılar yığışıb, məmurları pisləyib, hesabatlılıq tələb ediblər. Ərazidən video paylaşılmasını, kommunikasiyanı önləmək üçün internetə çıxışın məhdudlaşdırıldığı bildirilir.

 





06.06.2022    çap et  çap et