Vaxt.Az

“Ömrüm bunu görməyə yetməyəcək”


 

ABŞ-ın Moskvadakı səfiri münasibətlərdə “yaxın gələcəkdə” yaxşılaşma gözləmir

“Ömrüm bunu görməyə yetməyəcək” Birləşmiş Ştatların Moskvadakı səfiri Con Sallivan deyir ki, iki ölkənin “yaxın gələcəkdə” münasibətlərini daha məhsuldar etməsi mümkün görünmür.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan ABŞ-la münasibətlər Soyuq Müharibədən sonra ən aşağı həddə enib, ABŞ və Aİ Rusiyaya bir neçə raund sanksiya açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin işğalı ölkəsinin tarixində dönüş nöqtəsi, ABŞ-ın hegemonluğuna qarşı qiyam adlandırıb. Putin 1991-ci ildə Sovet İttifaqının çöküşündən sonra ABŞ-ın Rusiyanı alçaltdığını deyir.

***

“Rusiya və ABŞ-ın heç vaxt daha məhsuldar münasibəti olmayacağını deməyə tərəddüd edirəm. Bunun nə qədər çəkəcəyini deyə bilmirəm. İndiki atmosferdə bu baş vermir... Mənim ömrüm bunu görməyə yetməyəcək”, – Sallivan iyunun 6-da TASS xəbər agentliyinə müsahibəsində vurğulayıb. O əlavə edib ki, “Prezident Co Bayden ABŞ-ın mövqeyini çox aydın ifadə edib: Rusiya ilə münasibət əvvəlki kimi olmayacaq”.

“Hər iki tərəfin, eləcə də Rusiyanın əsas müzakirə mövzusu o idi ki, post-Soyuq müharibə erasında ABŞ-Rusiya münasibətləri aşağı həddə yuvarlanıb”, – o vurğulayıb.

ABŞ və Rusiya bir-birinə qarşılıqlı sanksiyalar açıqlayanda və diplomatları çıxaranda Sallivan da ölkəsinə çağırılıb, iki ay sonra – 2021-ci ilin iyununda Moskvaya qayıdıb.

Sallivan deyir ki, münasibətlərdə böhrana baxmayaraq Rusiya Moskvadakı ABŞ səfirliyini bağlamamalıdır, dialoqun davam etməsindən ötrü kanallar açıq qalmalıdır.

“Bir-birimizlə danışmaq qabiliyyətimizi saxlamalıyıq”, – deyən Sallivan əlavə edib ki, dünyanın iki ən böyük nüvə ölkəsinin bir-birinin səfirliklərini bağlaması “səhv addım olar”.

 





06.06.2022    çap et  çap et