Təhlükəsizlik qüvvələrinin bir neçə adamı tutaraq naməlum istiqamətdə apardığı xəbər verilir.
Sosial media platformalarında yayılmış videolarda Şirazda etirazçıların aksiyalara boş süfrələrlə çıxdığı görünür.
Təbrizdə isə aksiyaçılar “Rəisiyə ölüm!” və “Yalançı hökumətə ölüm!” şüarları səsləndiriblər.
İranda son illərdə pensiyaçıların, xüsusilə də müəllim və fəhlələrin çoxsaylı etiraz aksiyaları olub. Onlar yaşayış səviyyələrinin pisləşməsindən və hökumətin etinasızlığından narazılıq ifadə ediblər.
Bu aksiyaların çoxu polis tərəfindən dağıdılıb.
İran iqtisadiyyatı hazırda ABŞ sanksiyalarına və pandemiya sonrası çətinliklərə görə ağır vəziyyətdədir.
Ölkədə ərzağın qiyməti kəskin qalxıb, inflyasiya 45 faizə çatıb.