Vaxt.Az

Azı 52 meyit...


 

“Azovstal”da həlak olan hərbçilərin cəsədləri Kiyevə aparılıb

Azı 52 meyit... Mariupol şəhərindəki “Azovstal” zavodu ərazisində döyüşlərdə həlak olan hərbçilərin cəsədləri Kiyevə aparılıb. Bu haqda “Associated Press” yazır.

Ötən həftə Ukrayna və Rusiya bir-birinə 160 hərbçinin cəsədini təhvil veriblər. Dəyişmə prosesi Zaporojye vilayətində baş tutub. Kiyevdə qalıqların DNT analizi aparılacaq.

***

“Azov” batalyonunun mətbuat katibi Anna Qolovko agentliyə deyib ki, meyitlərin azı 52-si Azov döyüşçülərinindir.

Batalyonun keçmiş komandiri Maksim Jorin də dəyişdirilən cəsədlər arasında “Azovstal”da həlak olanların meyitlərinin olduğunu təsdiqləyib.

Adının çəkilməsini istəməyən əsgər anası deyib ki, ona “Azov” batalyonundan zəng edərək Kiyevə gətirilənlər arasında oğlunun meyitinin ola biləcəyini deyiblər.

“Azovtsal”da həlak olanların sayı bəlli deyil. Bir gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, hazırda Rusiya əsirliyində “Azovstal”dan 2500-dən çox ukraynalı döyüşçü var.

***

“Azov” və digər bölümlərin döyüşçüləri martın əvvəlindən Mariupol liman şəhərini müdafiə edirdilər. Sonradan onlar “Azovstal” zavoduna sığındılar, mayın 16-dan döyüşçülərin işğal altında olan Donbas ərazisinə çıxarmağa başladılar. Rusiya mayın 21-də “Azovstal”ın tamamilə nəzarətə alındığını bildirib. O zaman zavod ərazisindəki 2439 döyüşçünün əsir düşdüyü bildirildi. Ukrayna zavoddan döyüşçülərin çıxarılması prosesini “evakuasiya” adlandırıb, onların dəyişdiriləcəyini vəd edib.

 





07.06.2022    çap et  çap et