Hadisələrin bu istiqamətdə gedişatı Kremli narahat etməyə başlayıb. Rusiya mətbuatında belə yazılar yayımlanır ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracını artırması Bakının Moskva ilə imzaladığı strateji bəyanata ziddir. Rusiya mətbuatı bəyanatdakı iki dövlətin bir-birlərinin strateji və iqtisadi maraqlarını nəzərə alınması bəndinə istinad edirlər. Kremlin strateji marağı Rusiya qazından imtina edən Avropa dövlətlərini cəzalandırmaqdırsa, Azərbaycanın strateji marağı isə əksinə qaza ehtiyacı olan Avropa dövlətləri ilə yeni sazişlər imzalamaq və büdcə gəlirlərini artırmaqdır. Həqiqətən belə olan halda Rusiya və Azərbaycanın strateji maraqları üst-üstə düşmür və bu təbiidir. Rusiya mətbuatı ondan yazsın ki, “RİA Novosti” agentliyinin erməni separatçısından Azərbaycan əleyhinə müsahibə götürməsi necə, “strateji sazişə” uyğundur?