Vaxt.Az

Rusiyanın üzləşəcəyi fəlakətlər sadalandı


 

«Hətta Çin də Rusiyanı müdafiə edə bilməyəcək»

Rusiyanın üzləşəcəyi fəlakətlər sadalandı Ukrayna böhranı Amerika-Rusiya münasibətlərinə çox böyük fəlakətlər gətirə bilər.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu fikri ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Rusiyanın Krıma hərbi müdaxiləsi və bunun nəticəsində baş verə biləcək hadisələrə öz mövqeyini açıqlayarkən deyib.

Amerikalı səfir hesab edir ki, Rusiyanın Krıma hərbi müdaxiləsi bu ölkəni dünyada təcrid vəziyyətinə sala bilər. 

Onun fikrincə, Rusiya hakimiyyəti rasional oyunçu olmadığından bu ağır duruma düşüb: « İnanmıram ki, hər hansı konkret hərbi müdaxilə Rusiyanın uzunmüddətli maraqlarına xidmət etsin. Əgər Rusiya hərbi müdaxilə yolu ilə Krımı əldə edərsə, o zaman Moskva Avroasiya İqtisadi İttifaqını yaratmaq şansından imtina etmiş olur. Bununla Rusiya istər-istəməz Ukraynanın yolunu bu quruma bağlamış olur. Krımda yaşayan 2 milyon əhaliyə görə, bu addımı atmaq Rusiya üçün nə qədər əhəmiyyətlidir deyə bilmirəm.

İkincisi, hərbi müdaxilə Rusiyanı uzun illər dünyadan izolyasiya edəcək. Hətta Çin belə halda Rusiyanı müdafiə edə bilməyəcək.

Üçüncüsü, tətbiq ediləcək sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı milyardlarla dollar itirmiş olacaq və bundan da bu ölkənin ən yaxşı şirkətləri əziyyət çəkmiş olacaq».

Diplomat əlavə edib ki, əgər Rusiya dünyanın hegemon dövlətlərindən olmaq istəyirsə, o zaman hərbi güc və əraziləri işğal etməklə yox, iqtisadi inkişaf yolunu tutsun.

Diplomat onu da xüsusi ilə qeyd edib ki, Ukrayna böhranı Amerika-Rusiya münasibətlərinə mənfi təsir edəcəyi təqdirdə iki ölkənin münasibətlərində itkilərin miqyası həddən böyük olacaq.

 





11.03.2014    çap et  çap et