“Reuters” yazır ki, ABŞ istehsalı olan bu təyyarələr lisenziya olmadan bu ilin martında 3 dəfə Moskvaya uçublar.
Bu lisenziyanı ABŞ-ın ixrac məhdudiyyətləri tələb edir.
Amma mənbə yazır ki, ABŞ hökumətinin təxminən 400 milyon dollarlıq dəyəri olan bu təyyarələri müsadirə etmək ehtimalı hələ ki, qeyri-müəyyən olaraq qalır.
ABŞ Ədliyyə Departamentinin rəsmisi deyir ki, təyyarələr hələ ki, ABŞ-ın nəzarətində deyil, amma bu orderlər çox güman ki, şirkətləri onların hərəkətinə kömək etməkdən çəkindirəcək.
“Reuters” yazır ki, ABŞ Ticarət Departamenti bundan başqa Abramoviçi lisenziyasız uçuşlara görə təxminən 1 milyon dollar cərimələyə bilər.
Abramoviç və ya onun nümayəndəsi hələlik bu məsələyə münasibət bildirməyib.
Amma o, bir qayda olaraq Putinlə yaxın əlaqələri olması barədə deyilənləri təkzib edir.
“Reuters” yazır ki, Abramoviç Rusiyanın Ukraynaya təcavüzündən sonra-bu ilin martında “Çelsi” klubunu satışa çıxardıqdan sonra bu xəbər manşetlərə çıxdı və bu proses Böyük Britaniyanın ona qarşı sanksiyaları ilə çətinləşdi və yalnız ötən ay gerçəkləşə bildi.
Bundan başqa onun bir sıra dəbdəbəli gəmiləri ətrafında da qalmaqal yaranıb və milyarder hər vasitə ilə onları sanksiyalardan xilas etməyə çalışır.