Bu barədə Təbrizin “azərəncümən” saytı məlumat yayıb.
İran Vergilər Nazirliyinin verdiyi məlumata görə, iş adamları və mağaza sahibləri üçün ötən illə müqayisədə bu il vergilərin 3 dəfə çoxaldıldığı bildirilir.
Ancaq təbrizli mağaza sahibləri bunun doğru olmadığını və onlardan üç dəfədən daha çox vergi tutulduğunu bildirirlər.
Onlar vergilərin artırılmasının qaydasız, öncədən bildirilmədən və əsaslandırılmadan həyata keçirilməsinə etiraz edir və bu durumda işlərini davam etdirə bilməyəcəklərini deyirlər.