Bəhreyn Daxili İşlər Nazirliyi bəyanat yayaraq İran hökumətinin bu ölkədə terror əməliyyatları həyata keçirməyə çalışdığını və iki terrorçu qrupu dəstəklədiyini deyib.Daxili İşlər Nazirliyinin bəyanatında “Sürəya ül-Əştər” və “Sürəya ül-Muxtar” terror təşkilatlarının qərargahlarının Tehranda yerləşdiyi, İranın bu terror təşkilatları vasitəsilə Bəhreyninin milli təhlükəsizliyinə zərbə vurmağa çalışdığı qeyd olunub.
Qeyd edək ki, bundan öncə 2020-ci ilin sentyabr ayında Amerika dövləti Bəhreyndə Amerika hərbçilərinə qarşı terror əməliyyatları həyata keçirməyə cəhd edən İrana bağlı “Sürəya ül-Muxtar” silahlı təşkilatını terror qruplaşmaları siyahısına saldığını bildirmişdi.
çap et