Vaxt.Az

1500 belaruslu Rusiyaya qarşı döyüşür


 

Ondan daha çoxu başqa ölkələrdə təlimlərə qatılıb

1500 belaruslu Rusiyaya qarşı döyüşür Ukrayna tərəfindən Belarus batalyonlarında 1,5 min nəfər döyüşür. Svetlana Tixanovskaya (2020-ci il avqustun 9-da keçirilmiş prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi) bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.

“Müharibə başlayanda Belarusda çoxları inanırdı ki, biz ukraynalılara kömək etməliyik, ona görə də bir batalyon təşkil edildi. Hazırda bu, 1,5 min nəfərdir. Əslində, tək deyil: müxtəlif şəhərlərdə onlardan bir neçəsi var. Ukrayna ordusunun nəzarəti altında döyüşürlər”.

Svetlana Tixanovskaya həmçinin, qeyd edib ki, belaruslu könüllülərin sıraları artır: “Belarusda bir çox insanlar Ukraynaya kömək etmək istəyirlər və hazırda başqa ölkələrdə təlim keçirlər. Onların sayını və harada olduqlarını demək düzgün olmaz. Çox vaxt bunlar müharibə təcrübəsi olmadığı üçün təlimə ehtiyacı olan insanlardır. Amma Ukrayna tərəfindəki belaruslu döyüşçülərin sayı mütləq artacaq”.

 





07.06.2022    çap et  çap et