APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə «Vahid Rusiya» partiyasının nümayəndəsi Vyaçeslav Nikonov deyib.
«Martın 17-dək təkliflər və düzəlişlər müzakirə olunacaq. Martın 21-də isə qanun layihəsi parlamentin gündəliyinə salınacaq», - deyə o bildirib.
Qeyd edək ki, müvafiq qanun layihəsini «Ədalətli Rusiya» partiyasından olan deputatlar hazırlayıblar.