Aksiyaçılar Brüsseldən, ötən cümə-iyunun 6-da İrəvanda hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçılara qarşı zorakılığqlarına qiymət verilməsini istəyiblər.
Qeyd edək ki, həmin gün İrəvanda keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında qarşıdurma və toqquşma baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, iyunun 3-də paytaxt İrəvanda hökumətə məxsus bağ evlərinin ətrafında etirazçılar polis əməkdaşlarına daş, metal dəyənəklər, butulka və digər əşyalarla hücum edərək onlara qarşı zor tətbiq ediblər.
Səhiyyə Nazirliyi və İstintaq Komitəsinin məlumatına görə, Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən qarşıdurma nəticəsində 60 nəfər xəsarət alıb ki, onlardan 39-u polisdir.
Müxalifət isə əksinə zorakılığa görə polisi günahlandırır. Baş Prokurorluq baş verənlərlə bağlı istintaq aparılacağını bəyan edib.
Qeyd edək ki, Ermənistan müxalifəti aprelin sonunlarından baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirirlər.