Vaxt.Az

Kutuzovun ölümü təsadiqləndi


 

Məhv edilən rusiyalı generalların sayı 13-ə çatdı

Kutuzovun ölümü təsadiqləndi Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin sözlərinə görə, general Roman Kutuzov Luqansk vilayətində gedən döyüşlərdə ölüb.

Ukraynanın şərqindəki separatçılar daha bir yüksək rütbəli rusiyalı generalın ölüm xəbərini təsdiqləyib.

Hərbi komandir, general-mayor Roman Kutuzov Ukrayna ordusu ilə savaşda ölüb.

Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin iyunun 7-də özünün Telegram hesabında general Kutuzovla vidaşaldıqlarını yazıb.Onun yazdığına görə, general Luhansk vilayətində gedən döyüşlərdə ölüb.

Bir neçə kremlpərəst jurnalist hələ İki gün əvvəl Kutuzovun Luqansk vilayətinin Popasna rayonu, Nikolayevka kəndi yaxınlığında öldürülməsi barədə məlumat yaymışdılar.

Amma bu məlumat istər Ukrayna, istərsə də Rusiyanın rəsmi orqanları tərəfindən hələ ki, təsdiqlənməyib.

Rusiya Dövlət Teleradio şirkətinin əməkdaşı Aleksandr Sladkovun sözlərinə görə, general Kutuzov fevralın 24-də Moskvanın Ukraynaya hücumundan sonra öldürülən dördüncü rus generalıdır.

Rusiya tərəfi öz itkiləri barədə az məlumat versə də, bir sıra müstəqil kütləvi informasiya vasitələri (KİV) Ukraynada daha çox Rusiyalı zabitin həlak olduğunu yazırlar.

“The New York Times” qəzeti bu yaxınlarda Ukraynada 12 rusiyalı generalının öldürülməsi barədə məlumat yaymışdı.

 





07.06.2022    çap et  çap et