Lakin Zelenski iyunun 7-də “Financial Times” qəzetinin internet konfransında əlavə edib ki, o bu müharibənin “pat” vəziyyəti ilə başa çatmasının, yəni tərəflərin indiki mövqelərində qalmasının əleyhinədir.
Ukrayna prezidenti bunu da bildirib ki, o Rusiya qoşunlarının 24 fevral mövqelərinə qaytarılmasını yalnız “aralıq qələbə” hesab edir.
Onun fikrincə Ukrayna üçün tam qələbə onun ərazi bütövlüyünün tam bərpa olunmasıdır.
Zelenski Qərbi Ukraynanın silahla təchizatını daha da artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
O təəssüflə bildirib ki, bəzi ölkələr artıq Rusiyaya qarşı sanksiyalardan yorulduqlarına işarə edirlər: “Biz sadəcə olaraq ərazimizi vermək üçün bu qədər insan itirməmişik”.
Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, Rusiyanı “alçatmamaq” mühümdür.
Bir sıra ekspertlər bunu Ukraynaya torpağından keçmək çağırışı kimi qiymətləndirmişdilər.
Makronun sözlərini şərh edən Zelenski deyib: “Biz heç kəsi alçaltmağa hazırlaşmırıq, biz onlara layiqli cavablarını veririk”.