Vaxt.Az

Lenin çürüyür


 

Mavzoleyin yeganə sakininin mumiyasının 5-də 1-i qalıb

Lenin çürüyür Lenindən cəmi 20 faiz qalıb. Artıq onun nə barmaqları var, nə də ayaqları. Bədəninin isə kiçik bir hissəsi qalıb.

Aprel ayında “МК” (“Московский Комсомолец”) qəzetinin müxbirləri Mavzoleyə girmiş, onun mumiyalanmış bədəninin nə qədər bərbad hala düşməsindən yazmışdılar.

Haradan gəldi ağlıma axşam-axşam Leninin mumiyası?

İllərdir ki, rusların mumiyaya yaxşı baxa bilməməsi haqda yazılır, onun çürüməkdə və qurdlanmaqda olan bədəninin torpağa verilməsindən yazırlar. Ancaq Kremlin “Sovet aşiqi” rəhbəri Leninin dəfn edilməsindən dəhşətli dərəcədə qorxur, torpağa təslim edilərsə bunun pis əlamət olacağına inanır.

Guya dəfn etsələr torpaq onu qəbul edəcək…

Tökdüyü qanları, Qırmızı Terroru, milyonların canı bahasına olmuş 1917-ci il çevrilişini biz unutsaq da Torpaq, İlahi Ədalət unutmaz axı…

Axşam-axşam düşündüm ki, qurduğu imperiya necə batdısa, Mavzoleyi də elə batacaq.

Və düşündüm ki, mumiyası (oxu: şaqqası) necə yox olursa mirası da elə yox olacaq.

Yoxsa indiki Rusiyanın onun əsəri olduğuna şübhə edirsiniz?

 





08.06.2022    çap et  çap et