Bu barədə «Jurnalist Araşdırmaları Mərkəzinə» parlamentdəki mənbədən məlumat verilib.
Xəbər verilir ki, gizli sessiyanın gündəliyi sirr saxlanılır və iclas növbəti dəfə kobud reqlament pozuntu ilə keçirilir. Mətbuat da parlamentin sessiyasına buraxılmır.
Deputatların Muxtar Respublikanın müstəqilliyinə səs verdikləri və baş nazir Anatoliy Moqileviy başda olmaqla bütün hökumətin istefaya göndərildiyi, fevralın 27-də keçirilən sessiyada da iclas zalına yalnız rus KİV-ləri buraxılmışdı. O vaxtdan bəri Krım Ali Radasının sessiyalarına Ukrayna və başqa ölkələrin KİV nümayəndələri buraxılmır. 27 fevraldan sonra sessiyalara isə yalnız «vacib» deputatlar çağırılır.
Bundan başqa, Ali Radanın «lazımlı» deputatları sərf etməyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Krımda fəaliyyətini qadağan edəcəkləri ilə bağlı hədəyə də başlayıblar. Əsas irad isə Krımdakı «real vəziyyət»in həmin KİV-lərdə təhrif olunmasıdır.