Bununla bağlı iyunun 7-də Polad İstehsalçıları Assosiasiyasının İdarə Heyəti bütün müəssisələrin bağlanması və İranın polad istehsalının dayandırılması ilə bağlı narahatlığını ifadə edən məktub dərc edib.
Məktubda İbrahim Rəisi hökumətinin elektrik enerjisi probleminin həlli ilə bağlı verdiyi vədlərə baxmayaraq onun dövründə elektrik qıtlığının öncəki illərə nisbətən daha çoxaldığı bildirilir.
Polad İstehsalçıları Assosiasiyasının İdarə Heyəti müəssisələrin bağlanmasının bu sənaye sahəsinə 4 milyard dollar ziyan vuracağını və bir çox məhsulların bahalaşacağını qeyd edib.