Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlər “illər boyu sərmayə qoyuluşunun” yaratdığı onsuz da məhdud təklifi daha da pisləşdirdiyi üçün neft qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə qalxa bilər. Veir bildirib ki, növbəti bir neçə ayda qiymətlər 150 dollar/barel baryerini keçə bilər.
Həmçinin Veir hesab edir ki, mis və litium kimi digər malların qiymətlərinin artması da qlobal iqtisadi artıma təzyiq göstərəcək və nəticədə iqtisadiyyatın yavaşlamasına səbəb ola bilər: “Müəyyən bir müddət ərzində enerji qiymətlərinin çox yüksək olduğunu görsək, nəticədə tələbatın məhv olduğunu görəcəyik”.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2008-ci ildəki maliyyə böhranı ərəfəsində bütün zamanların ən yüksək həddinə - 143,9 dollar/barelə çatmışdı.
Xəbər verdiyimiz kimi, qlobal investisiya bankı “Goldman Sachs” neftlə bağlı yeni təhlil aparıb. Analizdə bazardakı “uçurumu” aradan qaldırmaq üçün qiymətlərdə yeni bir yüksəliş olmasına diqqət çəkilib. Bank üçüncü rüb üçün “Brent” neftinin qiyməti üzrə proqnozunu 140 dollara, ABŞ xam neft proqnozunu isə 137 dollara qaldırıb.