Fəalın yaxınlarının verdiyi məlumata görə, məmurlar milli fəalın evində axtarış aparıb.
Ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu özləri ilə aparıblar.
Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.
2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.
Cəfər İsmayılzadə “Kickboks” üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı beynəlxalq yarışlarda medallar qazanıb.
***
İyunun 7-də türk əsilli Tehran sakini, tələbə hərəkatının fəalı Yaşar Tohidi barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın “Evin” zindanına aparılıb.
O, İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.
Yaşar Tohidi 23 iyun 2021-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının təhlükəsizlik təcridxanasına köçürülüb.
Tələbə fəal 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Tohidi bundan öncədə dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.