Artıq məsələyə Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qafqazinfo»ya bildirib ki, sözü gedən məslə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır:
«Onların arasında mübahisə olub və bu mübahisə müvafiq qaydada araşdırılır. Lakin rəisin öz əməkdaşını döyməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil».
Qeyd edək ki, «Qafqazinfo»ya şikayət edən 30-cu Polis Bölməsinin əməkdaşları Millət vəkili Aqil Abbasın rəis oğlu Tuncay Abbasov ondan icazəsiz idarə rəisinin qəbuluna düşdüyünə görə, polis əməkdaşı Bağır Səlimovu döyməsi haqqında məlumat vermişdilər. Bu barədə Bağır Səlimovun özü də «Qafqazinfo»ya xəbəri təsdiqləmiş lakin hələ ki, bu haqda çox danışmaq istəmədiyini və nazirliyin araşdırmasından sonra danışacağını demişdi.