Baş nazir bu barədə İsrail parlamentinin Müdafiə və Xarici İşlər Komitəsinin iclasında çıxış edərkən deyib və son bir ildə İranın təhdidləri qarşısında İsrailin siyasətinin dəyişdiyini vurğulayıb.
“İranın bölgədəki proksi qruplaşmaları vasitəsilə İsrailə hücum etdiyi və terroru yaydığı toxunulmazlıq günləri arxada qalıb”, – deyə Bennet xəbərdarlıq edib.
İsrail rəsmisi, bununla yanaşı İranın nüvə təhdidi ilə bağlı da mövqeyini bildirib.
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossinin İsrailə səfəri zamanı açıq şəkildə vurğulanıb ki, İranla nüvə anlaşmasının əldə edilib-edilməyəcəyindən asılı olmayaraq, İsrail lazım bildiyi müddətcə İranın nüvə proqramına qarşı fəaliyyət azadlığı hüququnu özündə saxlayacaq.
Beynəlxalq Agentliyi Qəyyumlar Şurasından Tehrana xəbərdarlıq edilməsini gözləyirik. Əgər İran itaətsizlik göstərdiyi nüvə siyasətini davam etdirsə, bunun bədəlini ağır ödəməli olacaq”, – deyə, Bennet fikrini tamamlayıb.