Almaniya mətbuatının verdiyi məlumata görə, hadisə nəticəsində bir qadın həlak olub, 10-a yaxın yaralı var. Onlardan beş nəfərin vəziyyəti ağırdır.
Hadisə şahidləri bildiriblər ki, həmin şəxs avtomobilini səkiyə sürüb, daha sonra yolun hərəkət hissəsinə qayıdıb, sonra isə mağazanın vitrininə çırpılıb.
Polis sürücünün həbs edildiyini bildirib. Hadisənin qəza nəticəsində baş verməsi, yoxsa terror olması araşdırılır.
“Təxminlərə görə, kişi avtomobili bir qrup insanın üzərinə sürüb. Bunun qəza və ya qəsdən törədilmiş hərəkət olub-olmadığı hələlik məlum deyil”, – Berlin polisinin rəsmisi Tilo Kabliç bildirilib.
Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 19-da islamçı ekstremist Ənis Əmrinin yük maşınını qaçırdığı, sürücünü öldürdüyü, daha sonra Braytşeidplatsdakı izdihamlı Milad bazarında insanların üzərinə sürdüyü yerin yaxınlığında baş verib. Həmin hücum nəticəsində 11 nəfər ölmüş, onlarla insan yaralanmışdı.