Bu barədə bu gün (iyunun 8-də) Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, sınaq zamanı 60 millimetrlik minaatan partlayıb: “Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati qorxusunun olmadığını bildiriblər”.
Hələlik, hadisə ilə bağlı xəstəxana və xəsarət alan şəxsin yaxınları ilə danışmaq mümkün olmayıb.
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda bundan 6 il əvvəl də partlayış baş verdiyi açıqlanmışdı.
Həmin hadisədə 2 nəfər həlak olmuş, onlarca şəxs müxtəlif dərəcəli xəsarət almışdı.