Vaxt.Az

Zelenskini “militarist” saymaq olarmı?


 

... Yaxud Ukraynanın Azərbaycandan nə fərqi var ki?

Zelenskini “militarist” saymaq olarmı? Bu günlərdə Bakıdakı Fransa (və Almaniya) səfirliklərinin himayəsi altında sülhpərvər missiya üçün seçilmiş gənclərdən ibarət bir qrup Strasburq şəhərinə, erməni həmkarları ilə görüşməyə getməlidir. Gözəl təşəbbüsdür, olmalıdır, sülh üçün danışmalar istənilən müstəvilərdə davam etdirilməlidir. Bura qədəri normaldır.

Amma ardı. Həmin görüşə bəzi seçilmişlərin yazışmalarını gördüm. Bir-biriləri ilə etdikləri davada ittihamların biri bir qəpik. “Sən müharibə vaxtı “warmonger”lik eləmisən, səni niyə seçiblər?”, “Sən “недостаточны” sülhpərvər olmusan, sən nə üçün oralara getməlisən?"

Uzun sözün qısası, dava-qırğın gedir. Mövzu da kim A-priori “sülhsevər” olub, ya yox. Çox maraqlıdır. Söhbətlərdən də belə çıxır ki, onlardan başqa qalanları, yəni biz hamımız “militarist”, “warmonger” olmuşuq, bunlar isə mütərəqqi insanlardır, tarixi də bunlar irəli aparacaq. (Məndən donos yazanlar da şübhəsiz ki, bu təfəkkürdə olan tiplərdəndir).

Maraqlıdır, çox təəssüf ki, Ukraynada hazırda 4-cü aydır ki, müharibə gedir və belə çıxır ki, Putinin işğalçı ordusuna müqavimət göstərən istər prezident Zelenski, istər ordu, istərsə də sıravi vətəndaşlar, onları da “warmonger” saymaq olar? Sizin hesabla elə deyil bəyəm? Elə deyilsə təcavüzə məruz qalmış Ukraynanın Azərbaycandan nə fərqi var ki? Maraqlıdır, bəs NATO blokuna qoşulmaq üçün tələsən İsveç və Finlandiya necə? Onların hakimiyyətlərindən niyə donoslar yazılmır görən, onları da “militarist” adlandırmaq olar axı, yoxsa elə deyil?

Bu missiyanı hazırlayan fransız səfiri isə, başqalarına sülhpərvərlik dərsi keçirsə, bəlkə bir zəhmət, yaxın keçmişdə, 1950-60-cı illərdə (Holokostdan sonrakı dövrdə yəni) Əlcəzair müharibəsində baş verənləri də xatırlayaydı? Ümumiyyətlə Fransa səfiri Şuşaya ayaq basmadan bu missiyanı Azərbaycanda necə öz üzərinə götürə bilər axı?

P.S. Layihədə yer almış alman səfirinə heç bir irad yoxdur, cənab səfir Volfqanq Maniq Şuşaya səfər də etdi. Oradan xoş arzularını da çatdırdı, sağ olsun, davamı olsun.

 





08.06.2022    çap et  çap et