Xəbər verilir ki, Rusiya bu kiçik sənaye şəhərinin alınmasına özünün çox sayda canlı qüvvəsini və hərbi texnikasını cəlb edib.
Ukrayna tərəfi bildirir ki, Severodonetski mümkün olduğu qədər düşmənə təslim etməyəcək.
Luqansk regionunun qubernatoru bildirib ki, ötən həftə Ukrayna qüvvələrinin gözlənilməz əks-hücumundan sonra şəhərin əksər ərazisi Rusiya qüvvələrindən təmizlənib.
Xəbər verilir ki, Ukrayna qüvvələri hələki Severski Donetsk çayının sahilində yerləşən Lisiçansk şəhərinə də nəzarət edir.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık deyib ki, Rusiya Severodonetskin bir sıra hissələrində Uikrayna qüvvələrindıən 10 dəfə artıq canlı qüvvə və texnikaya malikdir.
***
Bu arada Ukraynanın baş danışıqçısı və Zelenskinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb ki, Rusiya bu müharibədə məğlub edilməsə, müharibə Avropa İttifaqına yayıla bilər.
“Reuters” agentliyinin yazdığına görə Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Severodonetskin müdafiəçiləri Rusiya qüvvələrini çox ağır itkilərə məruz qoyurlar:
"Bir çox baxımdan burada Donbasın taleyi həll olunur”.
Rusiya qüvvələrinin Severodonetskdə çox ağır itkilərə məruz qaldığını və yüzlərlə əsgər itirdiyini prezidentin müşavirlərindən Oleksi Arestoviç də təsdiqləyib.
O bildirib ki, döyüşlərin son dərəcə ağır olmasına baxmayaraq Severodonetskin qorunub saxlana biləcəyinə inanır.
Müharibə şəraitində döyüş tərəflərinin məlumatlarının dəqiqliyini yoxlamaq mümkün deyil.