Bu barədə “Jerusalem Post” yazıb. Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri F-35 qırıcılarını havada yanacaq doldurmadan İsraildən İrana uçurmaq üçün yeni imkan yaradıb və əlavə olaraq, bu təyyarələr yeni bir tonluq bomba daşıya bilir.
Xəbərdə bir tonluq bombanın Müdafiə Sənayesinə bağlı “Rafael Qabaqcıl Silah Sistemi" tərəfindən düzəldildiyi bildirilir.
Bomba avtomatikdir və özünü elektron müharibə sistemlərindən qoruma qabiliyyətinə malikdir.
Qeyd edək ki, İsrail ordusu da bu yaxınlarda İran obyektlərinə hücumu simulyasiya edən hava təlimi keçirib.