İranın Kirmanşah əyalətinin Nosud şəhərində 4 qatlı yaşayış binasında partlayış baş verib və bina çöküb.İlkin ehtimallara görə qaz sızması nəticəsində meydana gələn partlayışdan sonra dağıntılar altından 6 yaralı, 2 nəfərin isə meyiti çıxarılıb.
Yerli xəbər qaynaqları yaralılardan dördünün durumunun ağır olduğunu və ölü sayının artacağını yazırlar.
Rəsmilər hadisənin baş vermə səbəbləri barədə dəqiq məlumat vermir, məsələnin araşdırıldığını bildirirlər.
çap et