Vaxt.Az

Lavrov Ankaradan İrəvana gedib


 

Rusiya XİN rəhbəri Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edir

Lavrov Ankaradan İrəvana gedib Rusiyanın xarici işlər naziri Ankaradan İrəvana gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli münasibətləri müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir gün öncə verdiyi məlumata görə, görüşdə Qarabağ münaqişəsi ilə bağlı 2020-ci il noyabrın 10-u və 2021-ci il yanvarın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaların icrası da müzakirə olunacaq.

Bundan başqa Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bu, 2021-ci ilin avqustunda Mirzoyanın Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra nazirlərin beşinci təkbətək görüşüdür.

Sergey Lavrov Yerevana iyunun 8-də Ankaradan gəlib.

Onun səfər zamanı həmçinin, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla da görüşü nəzərdə tutulub.

 





09.06.2022    çap et  çap et