Vaxt.Az

Kreml üçün arzuolunmaz yekun


 

Rusiya Ukrayna müharibəsindən “sağ” çıxmayacaq

Kreml üçün arzuolunmaz yekun “Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ölkələrin və xalqların mövqeləri haqqında üç məqamı aydın başa düşmək lazımdır”. Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Ukrayna kimi bütün tərəfdaş ölkələrin də öz maraqları var: “Bu gün Ukrayna bütün postsovet respublikalarından və dünyanın böyük əksər ölkələrindən qat-qat subyektivdir. Subyektivliyin meyarları göz qabağındadır – cəmiyyətin və dövlətin siyasi iradəsi, ictimai hərbi təcrübəsi, maliyyə və hərbi (silah təchizatı) dəstək verməyə hazır olan tərəfdaş ölkələrin olması, üstəgəl coğrafi və demoqrafik faktorlar. Deməli, Ukrayna özünə yetər.

Bütün tərəfdaş ölkələrin öz maraqları var və onları ifadə etmək və hətta təbliğ etməyə çalışmaq hüquqları... Eynən Ukraynanın haqqı kimi - tərəfdaşların təklifləri uyğun gəlməsə yox demək haqqı var. Bu barədə birbaşa və açıq danışmaq lazımdır, heç kimi mühakimə etmədən.

Bu gün yeni dünya düzəninin təməli qoyulur. Ona görə də təcavüzkar bir dövlətin tam parçalanmasına qədər Rusiya qoşunlarından çəkinmədən birmənalı şəkildə Ukraynaya dəstək vermək istənilən dövlət üçün faydalıdır, ən azından bunda cəhd edilməlidir. Bu addım gec ya tez öz nəticəsini verə bilər, çox faydalı nəticələrlə yekunlaşa bilər. Amma bunu hər kəs bilməlidir ki, digər ölkələrin necə davranmalarından, hansı qərar vermələrindən asılı olmayaraq, Ukrayna yenə qalib gələcək”. (Milli.az)

 





09.06.2022    çap et  çap et