Müxalifətdə olan “Ermənistan” fraksiyası və “Daşnakstyun” partiyasının üzvü, parlamentin sədr müavini İşxan Saqatelyan bildirib ki, onların Lavrova açıq mesajları var və onu bildirmək üçün bura gəliblər.
“Öncə deyəcəyik ki, ölkəmizə xoş gəlmisiniz, amma biz açıq şəkildə bildirəcəyik ki, siz Ermənistan hökumətini təmsil edən insanlarla danışıqlar aparırsınız, amma onların Ermənistanla heç bir əlaqəsi yoxdur. Onlarla əldə olunan istənilən razılaşma etibarsız olacaq, çünki yeni güzəştlərə getmək üçün onların xalqdan mandatı yoxdur”, – deyə Saqatelyan bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşür.