Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş bildirib.
Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.
“Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək”, – Cim Riş bildirib.