Bu gün məhkəmənin qərarı ilə Vəli Kiçiklə Paşa ilə bərabər «Ergenekon» işi ilə bağlı həbs edilən digər məhbuslar - Fuat Səlvi, Sərdar Öztürk, Ləvənt Ərsöz də azadlığa buraxılıb.
ANS PRESS-in məlumatına görə, ötən gün Vəli Kiçik azadlığa buraxılmadığı üçün məhkəməyə etiraz etsə də, etirazı rədd edilmişdi.
Qeyd edək ki, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki «Ergenekon» iddiası ilə həbs etdi.