Vaxt.Az

Urmiyada tarixi abidələr təhlükədə


 

Bədirli kəndində yerləşən tarixi ev dağılmaq üzrədir

Urmiyada tarixi abidələr təhlükədə Urmiya şəhəri yaxınlığındakı Bədirli kəndində yerləşən tarixi ev dağılmaq üzrədir. Bu barədə urmiyalı sosial media fəalları məlumat yayıb.

Məlumata görə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi abidənin qorunması ilə bağlı tədbir görmür.

Fəallar bildirib ki, bu günə kimi tarixi tikilinin evin sahibi Əmir Mərzbanın şəxsi vəsaiti hesabına onu qoruyub saxlanılıb.

Buna baxmayaraq, tarixi məkanın yanında qanunsuz tikinti işlərinin aparılması evi dağılmaq təhlükəsi ilə üz-üzə qoyub.

Bundan öncə 2019-cu ildə Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Cəlil Cabbari müraciətlərdən sonra adı “Bədirli” evində olub və onun yenidən qurulacağına dair söz verib.

Hazırda evin uçma təhlükəsinin ciddi olmasına, ətrafında qaydasız tikinti işlərinin aparılmasına baxmayaraq idarə başçısı vədini yerinə yetirmədiyini mərkəzdən büdcə ayrılmaması ilə əlaqələndirir.

Bundan öncə Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Cəlil Cabbari hal-hazırda Qərbi Azərbaycan əyalətində 30 abidənin təcili təmir və yenidənqurmaya ehtiyacı olduğunu bildirmişdi və Bədirli evinin də adı həmin siyahıda yer aldığını demişdi.

 





10.06.2022    çap et  çap et