Vaxt.Az

Lukaşenko dərsini alıb


 

«Yalnız axmaqlar Ukrayna hadisələrindən ...»

Lukaşenko dərsini alıb Belarus prezidenti Aleksandr Lukaşenko məmurları Ukraynadakı hadisələrdən nəticə çıxarmağa və xüsusilə də təhsil sahəsində korrupsiya hallarına yol verməməyə çağırıb.

Musavat.com-un Rosbalt-a istinadən verdiyi məlumata görə, bu barədə o, ali məktəblərə qəbul işi və sistemin təkmilləşdirilməsinə həsr olunmuş müşavirədə söyləyib. 

«Allah eləməsin ki, sizin ali məktəblərinizdə hansısa korrupsiya aşkarlayaq. Ukrayna hadisələrindən sonra yalnız axmaqlar özləri üçün müvafiq nəticə çıxarmaz» – deyə Likaşenko bildirib.

Onun qənaətincə, Ukraynanın parçalanmasının əsas səbəbi «dəhşətli korrupsiya» olub.

 





11.03.2014    çap et  çap et