Vaxt.Az

“Futbolla alınmadısa, su polosu oynayarıq”


 

Rusiyanın COVİD-19-dan daha təhlükəli və ölümcül eksperimenti

“Futbolla alınmadısa, su polosu oynayarıq” Bu həftə Rusiya prezidenti Vladimir Putinə bioloji silahlar sahəsində rus alimləri tərəfindən yeni inkişaflar haqqında hesabat təqdim edilib. Hesabat hərbi virusoloqların bioloji silah kimi istifadə oluna bilən bir sıra dəyişdirilmiş virusların əldə edilməsində uğurundan xəbər verir.

Müəyyən irqə, etnik qrupa, cinsə və hətta insanın yaşına selektiv təsir göstərə bilən virusların əldə edilməsində uğurlar qeyd edilir. Beləliklə, hesabat müəlliflərinin fikrincə, alimlər bir neçə xüsusilə təhlükəli ştamm qəbul edərək, bədnam koronavirusla "işləməyi" bacarıblar. Dörd laboratoriya – ikisi Rusiyada, biri Mərkəzi Afrika Respublikasında və biri Çadda – yeni virusların sınaqdan keçirilməsi üçün mərkəz rolunu oynayır  Mərkəzi Afrika Respublikasında Rusiya özəl hərbi şirkətinin qırıcılarının yerləşdirildiyi hərbi bazalardan birinin yaxınlığında tamamilə təcrid olunmuş otaqları olan 15 nəfərlik yeraltı xəstəxana quraşdırılıb və burada virusların təsiri ilə bağlı araşdırmalar aparılır. Mərkəzi Afrika Respublikası Vladimir Putinin qərarı ilə rus hərbi virusoloqlarının yeni viruslar üçün sınaq meydançasına və yeni epidemiyaların yayılması mərkəzinə çevrilə bilər.

Qeyd edim ki, Mərkəzi Afrika Respublikası Rusiyanın Afrika materikində nəzarət etdiyi əsas ölkədir. Bu ölkədə Rusiyanın hərbi varlığı şübhə doğurmur. Dörd il öncə rusiyalı jurnalistlər milliyətcə azərbaycanlı olan Orxan Camal və onun həmkarları Aleksandr Rastorquev və Kirill Radçenko MAR-da fəaliyyət göstərən və “Vaqner” adı ilə tanınan rusiyalı özəl hərbi birləşməsi barədə sənədli film çəkərkən qətlə yetirilmişdilər. “Dojd” telekanalı Orxanın güc strukturlarındakı mənbəyi və yaxın dostuna istinadən bildirmişdi ki, jurnalistlər Rusiyadan MAR-da fəaliyyət göstərən özəl hərbi şirkətlərə qanunsuz silah tədarükünü araşdırırmışlar. Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə isə birdirmişdi ki, Orxan fevralda Suriyada “Vaqner” özəl hərbi şirkətinin yüzlərlə döyüşçüsünün ölümü ilə nəticələnən koalisiyanın aviazərbəsindən sonra silah tədarükü ilə maraqlanıb. İddiaya görə, jurnalistlərin öldürülməsini Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Vaqner”, yaxud  “Patriot” özəl hərbi şirkəti təşkil edə bilərdi. Ukraynada hərbi əməliyyatların başlaması ilə MAR-dakı hərbi birliklərin xeyli hissəsi bu cəbhəyə atılmış olsalar da, Rusiya hələ də bu ölkədə hərbi varlığını sürdürməkdədir.

Hazırda Vladimir Putinin Ukraynada başlatdığı müharibə COVİD-19 koronavirus pandemiyasının gündəmini tamamilə sıradan çıxarıb və Rusiya Prezidentinin yeni bir epidemiya dalğasını başlatmaqla pazı pazla yıxmaq və birinci olmaq kimi olduqca axmaq bir fikri var. Rusiya prezidenti təsirli dərman və peyvəndi “almaqla” dünyanın “xilaskarı” roluna iddialı görünür. COVİD-19 ilə uğursuz eksperiment Putini qorxutmur, onun sevimli ifadəsi köhnə sovet cizgi filmindən sitatdır: “Futbolla alınmadısa, indi biz su polosu oynayacağıq”.

 





10.06.2022    çap et  çap et