“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç “Feygin Live” verilişinin yayımından bildirib.
“Xerson vilayətində “referendum” təşkil etmək çox zərərlidir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən gün Aleksey Arestoviç Ukrayna qüvvələrinin Xerson şəhərindən 20 km məsafədə olduğunu və bu şəraitdə “referendum”un baş tutmayacağını vurğulayıb.
Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.