Vaxt.Az

“İran terrorçulara milyardlar xərcləyir”


 

Tim Burçett ABŞ-ın molla rejiminə münasibətini “zəif” adlandırıb

“İran terrorçulara milyardlar xərcləyir” Amerika Nümayəndələr Palatasının üzvü Tim Burçett “Amerika radisosu”nun fars bölümünə verdiyi müsahibədə İranın terrora verdiyi dəstəkdən danışıb. O, İran hökumətinin terror təşkilatlarını dəstəkləmək üçün milyardlar xərclədiyini deyib.

Amerikanın bir sıra qanunvericiləri Atom Enerjisi Təşkilatının rəhbəri Rafael Qrossinin İranın nüvə obyektlərində müşahidə kameralarının söndürülməsi və nüvə danışıqlarının canlandırılması üçün beynəlxalq səylərin sona çatması ilə bağlı şübhələrin yaranması haqda açıqlamasına münasibət bildiriblər.

Nümayəndələr Palatasının Respublikaçı üzvü Tim Burçett İran İslam Respublikasının fəaliyyətinə dair bir sıra narahatlıqlara diqqət çəkib.

Respublikaçı qanunverici Amerika hökumətinin İrana münasibətini “zəif” adlandırıb və bunu İranın pis davranışı qarşılığında onu mükafatlandırmaq kimi qiymətləndirib.

“Niyə biz öz xalqını dəfələrlə incidən, ona amansız davranan terrorçu qruplarla danışıqlar aparırıq?”, – deyə o, bildirib.

O, İrandakı etirazları insanlara qarşı münasibətin nəticəsi adlandırıb və deyib ki, İran hökuməti “Həmas, Hizbullah, Husi qiyamçıları və başqa terror təşkilatları kimi qruplara dəstək üçün milyardlarla dollar xərcləyir.

 





11.06.2022    çap et  çap et