Qeyd olunur ki, bu göstərici 243 milyon barel həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Bahar” yatağının istehsalat planı 70 faiz yerinə yetirilib.
Hesablama Palatasının məlumatına əsasən, “Bahar” yatağından karbohidrogenlərin satışından gəlir 1 milyon dollar olub ki, bu da proqnozu dörd dəfədən çox üstələyib.
Qeyd olunur ki, bəzi quyularda təmir işləri və layların köhnəlməsi gözləniləndən daha az hasilat həcminə səbəb olub. (Trend)