Vaxt.Az

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb


 

Gəlirlər artıb, xərclərsə əksinə ...

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb Bu ilin may ayında ABŞ-ın büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 50 faiz azalaraq 66 milyard dollar olub.

Bu dövrdə büdcə kəsiri ilə bağlı proqnoz 120 milyard dolları təşkil edirdi.

Mayda hökumətin gəlirləri 389 milyard dollar (illik müqayisədə 16 faiz az), xərcləri isə 455 milyard (24 faiz az) təşkil edib.

Bununla da, ABŞ-da maliyyə ilinin ilk 8 ayında ümumi büdcə kəsiri 426 milyard ABŞ dollara çatıb. Halbuki, ötən ilin eyni dövründə büdcə kəsiri 2 trilyon ABŞ dolları səviyyəsində olub.

ABŞ maliyyə ilinin ilk 8 ayında büdcə gəlirləri 31 faiz artaraq 3,4 trilyon ABŞ dollara, xərcləri isə 19 faiz azalaraq 3,8 trilyon ABŞ dollara enib. (Report)

 





11.06.2022    çap et  çap et