Məlumata görə, yük təyyarəsi əslində İranın Mahan Hava Yolların Şirkətinə məxsusdur.
“İnfobae” xəbər saytının məlumatına görə, təyyarənin ekipajı, o cümlədən İran pasportu daşıyan beş nəfər hazırda Argentinanın Assisa şəhərindəki bir oteldə saxlanılır və ölkədən çıxışlarına icazə verildiyi təqdirdə yalnız adi uçuş təyyarəsi ilə Argentinadan çıxa bilərlər.
Argentina, Venesuela və İran hökumətləri təyyarənin və onun uçuş heyətinin Buenos-Ayresdə saxlanılmasına rəsmi reaksiya verməsələr də, Argentinanın milli təhlükəsizlik naziri məsələ ilə bağlı “İnfobae” saytının məlumatını özünün “Twitter” hesabında paylaşıb.
Amerikanın Mahan Şirkəti və onun tərəfdaş şirkətlərinə qarşı sanksiyaları səbəbindən Argentinada fəaliyyət göstərən şirkətlərdən heç birinin təyyarəyə yanacaq doldurmaq istəmədiyi bildirilir.
Qeyd edək ki, bu təyyarənin uçuşlarında ekipaj üzvlərinin standartdan iki dəfə çox olması şübhə doğurur.
Saxlanılan yük təyyarəsinin uçuş heyətində 10 venesuelalı, 5 iranlının olması belə təyyarələrə nəzərdə tutulan standart ekipaj üzvlərinin sayından üç dəfə çoxdur.
İran tərəfindən Venesuelaya verilən yük təyyarəsinin bundan öncəki uçuşlarının Rusiya, Meksika, Belarus, Paraqvay və Serbiyaya şübhəli uçuşlar etdiyi qeyd olunub.