İsrailin baş naziri Naftali Bennet iyunun 11-də İranın nüvə silahı proqramını təhlükəli şəkildə təkmilləşdirdiyini və Qərbin buna qarşı çıxmayacağı təqdirdə Tehran hökumətinin tezliklə nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.
İsrailin baş naziri “Teleqraf” qəzetinə müsahibəsində Qərb ölkələrinin İranın nüvə gücünə çevrilməsi təhlükəsini duymağa başladıqlarına işarə edərək, onları İrana təzyiqləri artırmağa çağırıb.
“İran uranı görünməmiş sürətlə zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”, –deyə bennet bildirib.