Vaxt.Az

Berdyanskda bir gündə üç partlayış


 

Rusiyanın işğalında olan şəhərin bir hissəsi işıqsız qalıb

Berdyanskda bir gündə üç partlayış Ukraynanın Zaporojye vilayətinin cənubunda, Rusiya ordusunun nəzarətində olan Berdyansk şəhərində bazar günü səhər saatlarında bir neçə partlayış baş verib. Bu barədə hadisə şahidləri və bir sıra teleqram kanalları məlumat yayıb. Verilən məlumatlara görə, ən azı 3 partlayış baş verib.

Zaporojye vilayətinin Rusiya tərəfindən təyin olunmuş qondarma administrasiyasının üzvü Vladimir Roqov şəhərdə terror aktının baş verdiyini bildirib. Amma bundan fərqli olaraq şəhər administrasiyasının “Telegram” kanalında partlayışların Berdyanskın transformator yarımstansiyasındakı qısaqapanma ilə bağlı olduğu qeyd olunub.

Nəticədə “transformatorlardan biri alışıb və sıradan çıxıb” və şəhərin bir hissəsi işıqsız qalıb. Məlumatı Rusiyanın TASS xəbər agentliyi yayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Berdyansk fevralın sonunda Rusiyanın nəzarətinə keçib.

İyunun 12-də qeyd olunan Rusiya Günü ilə bağlı şəhərdə təbriklər yazılmış reklam lövhələri asılıb.

Döyüşlər zamanı ciddi zədələnən Mariupolun baş meydanında Rusiya bayrağının asıldığı da bildirilir. Bundan əvvəl Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin bir sıra şəhərlərində partlayışlar barədə məlumat verilib. Enerqodardakı partlayışda yerli işğal administrasiyasının rəhbəri yaralanıb. Melitopolda da partlayışlar qeydə alınıb. Berdyanskdakı və Rusiyanın işğalı altında olan partlayışlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

 





12.06.2022    çap et  çap et