Vaxt.Az

Gülər Əhmədova UZİ-dən keçib


 

Sabiq deputat 8 martda ailə üzvləri ilə görüşə bilməyib

Gülər Əhmədova UZİ-dən keçib Sabiq deputat, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Əfsər Talıbov dedi.

Onun sözlərinə görə, sabiq deputatı müayinə etmək üçün Baş Tibb İdarəsindən, Penitensiar Xidmətdən gəliblər: «Gülər xanımı müayinə ediblər. Ürəyində, ciyərində, ayaqlarında problemlər var. Bundan başqa, UZİ aparatına salıblar. Onun xəstəliyi barədə arayış vermək üçün ediblər».

8 Mart Qadınlar Bayramı günündə G.Əhmədovanı nə ailə üzvləri, nə də vəkili ziyarət edə bilib. Vəkilin sözlərinə görə, ailəsi ancaq sovqat göndərib: «Çünki həmin gün görüşə icazə yox idi, bayram günü olduğundan həmin şöbə işləmirdi. Ona ailə üzvlərinin konkret nə hədiyyə alındığını bilmirəm. Bununla maraqlanmağım doğru deyil».

Müsahibimiz G.Əhmədovanın nəzərdə tutulan Apelyasiya Məhkəməsi barədə bəzi yeniliklərin olduğunu və bu barədə yaxın günlərdə açıqlama verəcəyini dedi.

 





12.03.2014    çap et  çap et