Vaxt.Az

“Donbas dayanır”


 

Ukrayna lideri qoşunlarının gözləntilərin əksini sübut etdiyini deyir

“Donbas dayanır” Ukrayna prezidenti Vladimir Zelenski müharibənin nə qədər davam edəcəyini heç kimin bilmədiyini, amma Ukrayna qüvvələrinin ölkənin qərbində Rusiya qoşunlarının hücumlarına qarşı gözləntilərə rəğmən uğurlu müqavimət göstərə bildiyini deyir.

Ənənəvi axşam çıxışında Zelenski Donbas ərazisində Rusiyanın irəliləməsinə imkan verməyən Ukrayna müdafiəçiləri ilə qürur duyduğunu bildirib. Həmin ərazinin xeyli hissəsi səkkiz ildir ki, Rusiyanın dəstəklədiyini separatçıların nəzarəti altındadır.

“Mayın əvvəli Rusiyada Donbası tam ələ keçirməyə ümid etdiklərini xatırlayırsınızmı? Bu gün artıq müharibənin 108-ci günüdür və iyun ayıdır. Donbas dayanır”, – deyə Ukrayna prezidenti bildirib.

Müharibənin ilkin mərhələsində Kiyevi ələ keçirməyə müvəffəq olmayan Moskva diqqətini əhalinin əksəriyyəti rusca danışan Donbas ərazisinin Ukraynanın hələ də nəzarəti altında olan hissəsinə yönəltdi. Amma sürətli işğal əvəzində Rusiya qoşunları uzun və yorucu döyüşlərə cəlb olundular. Ukrayna qoşunlarının bu uğurunda Qərbin təmin etdiyi silahların payı az deyil.

Həm Ukrayna, həm də Rusiya rəhbərliyi müharibədən öncə 100 min əhalisi olan Severodonetsk şəhərinə nəzarət uğrunda mübarizə getdiyi bildirir. Bu şəhər Lisiçansk şəhəri ilə qonşuluqda yerləşir və hər ikisi Rusiyanın dəstəklədiyi üsyançıların Donbasda nəzarət etmədikləri ərazisinin ən böyük şəhərləridir.

 





12.06.2022    çap et  çap et