Vaxt.Az

“Bunlar legitim narahatlıqlardır”


 

Stoltenberq: “Heç bir NATO dövləti Türkiyə qədər terrorizmdən əziyyət çəkməyib”

“Bunlar legitim narahatlıqlardır” NATO baş katibi Yens Stoltenberq bazar günü bildirib ki, Türkiyənin terrorizmlə və digər məsələlərlə bağlı “legitim narahatları” var və bu, ciddi qəbul edilməlidir.

Türkiyə Finlandiya və İsveçi kürd terroçularını dəstəkləməkdə ittiham edir və bildirir ki, öz siyasətlərini dəyişməsələr iki şimal ölkəsinin NATO-ya üzv olmasını dəstəkləməyəcək.

Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında çıxış edərkən Stoltenberq vurğulayıb ki, “heç bir NATO dövləti Türkiyə qədər terrorizmdən əziyyət çəkməyib” və diqqəti Türkiyənin İraq və Suriya kimi ölkələrlə sərhədi olan strateji məkanda yerləşdiyinə yönəldib.

“Bunlar legitim narahatlıqlardır. Bu, terrorizmlə bağlıdır, silah ixracı ilə bağlıdır” – deyə, Stoltenberq bildirib: “Biz bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab verməliyik. Türkiyənin PKK terrorçu qrupu ilə bağlı narahatlıqları da daxil olmaqla”.

Stoltenberq bazar ertəsi İsveçə yola düşərək, baş nazir Maqdalena Andersson ilə görüşəcək.

 





13.06.2022    çap et  çap et